...

Aztəminatlı ailələrin məktəb ehtiyacları üçün müavinətin ayrılması təklif edilir

Gündəm Materials 18 Sentyabr 2019 16:07 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda deputat məktəb yaşında uşaqları olan aztəminatlı ailələrə ildə bir dəfə təhsil ehtiyaclarını ödəmək üçün müavinətin verilməsini təklif edir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə üzvü Jalə Əliyeva çıxış edib.

Onun sözlərinə görə, Azərbaycanda 5-dən çox uşağı olan qadınlara hər ay 55 manat, doğuşa görə 200 manat birdəfəlik müavinət verilir: “Amma bu gün vətəndaş yenə də “uşaq pulu bərpa ediləcəkmi?”-deyə, sualla müraciət edir. Şəxsən mən düşünürəm ki, məktəb yaşında olan ailələrə birdəfəlik müavinət verilə bilər. Bəzən bir ailədə 2-3 uşaq məktəbə gedir. Avqustun sonu, sentyabrın əvvəlində belə ailələrdə müəyyən sıxıntılar olur. Xüsusilə, ilk dəfə məktəbə gedən uşağın həddindən çox qayğısı var, məktəbin də tələbləri çox olur. Buna görə heç olmasa hər il məktəbyaşlı uşaqları olan ailələrə birdəfəlik - sırf məktəb ehtiyaclarını ödəmək üçün müavinət ayrılsın. Bu məsələ gələn ilin büdcə müzakirələrində ortaya atılarsa, onun həlli ölkədə sosial siyasətin inkişafına təkan verər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti