Bakı. Samir Əli - Trend:
Bərdə rayonunda döyülmə hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Təhlə kəndində qeydə alınıb.
Kənd sakini - 1978-ci il təvəllüdlü Həsənov Hafiz Əli oğlu yaşadığı evin qarşısında döyülərək başından ağır xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Aparılan araşdırmalar zamanı məlum olub ki, rayonun Qaradəmirçi kənd sakini - 1989-cu il təvəllüdlü Musayev Vüsal Sabir oğlu Təhlə kəndinə gələrək H.Həsənovla mübahisə edib. Mübahisə nəticəsində V.Musayev H.Həsənovu döyərək başına küt alətlə zərbələr endirib.
Faktla bağlı cinayət işi başlanıb.