...

Naqif Həmzəyev: Heydər Əliyev hər zaman gənclərin himayədarı olub

Gündəm Materials 11 Dekabr 2019 14:30 (UTC +04:00)
YAP Gəncə şəhər təşkilatında ulu öndər Heydər Əliyev anılıb
Naqif Həmzəyev: Heydər Əliyev hər zaman gənclərin himayədarı olub

Bakı. Trend:

Bu gün beynəlxalq aləmdə güclü dövlət, etibarlı tərəfdaş kimi tanınan müstəqil Azərbaycanın gənclər siyasətinin bütün dövlətlər üçün nümunə olduğunu fəxrlə qeyd edirik. Danılmaz faktdır ki, dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsinə çevrilən gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatından Trend-ə verilən məlumata görə, bunu təşkilatın sədri, Milli Məclisin deputatı, Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın sabahını, parlaq gəcəyini düşünən ümummilli lider Heydər Əliyev istər Sovet Sosialist Respublikası, istərsə də müstəqillik dövründə hakimiyyətə gəldiyi ilk günlərdən gənclərin himayədarı kimi çıxış edib, onların sağlam düşüncəli, milli və vətənpərvər ruhda yetişdirilməsində misilsiz xidmətlər göstərib:

“Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”- deyən Ulu Öndər gəncləri ölkədə aparılan bütün islahatlarda rolunu önə çəkib, onların aparıcı qüvvəyə çevrilməsi üçün gənc nəslin qarşısında böyük imkanlar, şəraitlər açıb. Məhz bunun üçün müstəqil ölkəmizin bütün sahələrində aparıcı qüvvə kimi gənclərin öndə dayandığını görəndə gözlərimizin önünə Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz zəhməti gəlir.

Ulu Öndər ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək, deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

N.Həmzəyev vurğulayıb ki, keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə 1500-dən artıq azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, təhsil almağa göndərilməsi gənclərin öz bilik və bacarıqlarını reallaşdırması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemində yeni addım oldu. Bu Yeni nəslin hərtərəfli inkişafında atəlan silsilə addımların davamı kimi tarixə düşdü. Azərbaycan gənclərinin ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə uzaqgörən, qətiyyətli siyasətçinin rəhbərliyi ilə Gənclər və İdman Nazirliyi yaradıldı, Gənclər Təşkilatlarının Milli Şurası fəaliyyətə başladı, 2 fevral - Azərbaycan Gəncləri Günü elan edildi.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanda dövlətin və xalqın gələcəyinə istiqamətlənmiş gənclər siyasəti bu gün ölkə Başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkəmizin böyük, vətənpərvər gənclər ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkədə uğurlu islahatların həyata keçirilməsində, dövlət qarşısında duran vacib problemlərin həllində öz sanballı töhfələri ilə fəallıq göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti