...

Nazirlik təcili tibbi yardımın hadisə yerinə gecikməsi barədə məlumata münasibət bildirib

Gündəm Materials 23 Dekabr 2019 12:19 (UTC +04:00)
Səhiyyə Nazirliyi təcili tibbi yardım avtomobilin hadisə yerinə gec gəlməsi barədə məlumata münasibət bildirib.
Nazirlik təcili tibbi yardımın hadisə yerinə gecikməsi barədə məlumata münasibət bildirib

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi təcili tibbi yardım avtomobilin hadisə yerinə gec gəlməsi barədə məlumata münasibət bildirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sosial şəbəkələrdə Nobel prospektində avtomobil qəzası baş verən əraziyə təcili tibbi yardım avtomobilinin 40 dəqiqəyə çatması barədə yayılan məlumat həqiqətə uyğun deyil:

"Təcili Tibbi Yardımın dispetçer xidmətinə hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11:00-da hadisə yerinə çatan həkim briqadası dispetçer mərkəzi ilə əlaqə saxlayaraq, KTM-də qapalı kəllə beyin travması alan 21 yaşlı qız və müştərək travmaları olan 43 yaşlı kişi üçün yer hazırlanmasını istəyib. Ağır vəziyyətdə KTM-ə çatdırılan yaralılara lazımı tibbi yardım göstərilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir. Çağırışın və həkim briqadasının hadisə yerinə çatma vaxtları dispetçer xidmətinin kompüter sistemində qeydə alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti