...

Baş Polis İdarəsi məktəbdə uşaq oğurlayan qadınla bağlı araşdırmalara başladı (FOTO)

Gündəm Materials 24 Yanvar 2020 09:34 (UTC +04:00)
Bakıda orta məktəbin qarşısında uşaqları oğurlayan qadının olması ilə bağlı məlumatlar Bakı şəhər Baş Polis İdarəsi tərəfindən nəzarətə götürülüb.
Baş Polis İdarəsi məktəbdə uşaq oğurlayan qadınla bağlı araşdırmalara başladı (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda orta məktəbin qarşısında uşaqları oğurlayan qadının olması ilə bağlı məlumatlar Bakı şəhər Baş Polis İdarəsi tərəfindən nəzarətə götürülüb.

İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru, Elşad Hacıyev Trend-ə bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin nəzarətinə götürülüb: "Tərəfimizdən müvafiq araşdırmalar aparılır".

Xatırladaq ki, "Whatsapp" sosial şəbəkəsində Bakıda uşaq oğurlamaqla məşğul olan qadının fotosu paylaşılıb.

Deyilənə görə, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları aldadaraq oğurlamaq istəyib. Ərazidə olan valideynlər qadına mane olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti