...

Çindən Türkiyəyə təxliyyə edilən şəxslərdə koronavirus aşkar edilməyib

Gündəm Materials 3 Fevral 2020 01:11 (UTC +04:00)
Çinin Uxan şəhərindən Türkiyəyə edilən şəxslərdə ilkin təhlillərin nəticələrinə əsasən yeni növ koronavirus aşkar edilməyib
Çindən Türkiyəyə təxliyyə edilən şəxslərdə koronavirus aşkar edilməyib

Bakı. Trend:

Çinin Uxan şəhərindən Türkiyəyə təxliyyə edilən şəxslərdə ilkin təhlillərin nəticələrinə əsasən yeni növ koronavirus aşkar edilməyib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, təxliyə edilən 61 nəfərdən götürülən nümunələr üzrə testlərin tam nəticələri fevralın 3-ü bilinəcək.

Xatırladaq ki, ötən gün axşam saatlarında yeni növ koronavirusun yayıldığı Uxan şəhərindən Türkiyə, Azərbaycan, Gürcüstan və Albaniya vətəndaşlarını təxliyyə edən təyyarə Ankarada eniş edib. Təxliyyə edilən şəxslər və təyyarənin heyəti karantinə yerləşdirilib.

Qeyd edək ki, Çində 13,8 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 304 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti