...

Xətainin heykəlinin köçürülməsi ilə bağlı AÇIQLAMA (FOTO)

Gündəm Materials 1 Mart 2020 12:35 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə Şah İsmayıl Xətainin heykəlinin iki magistral yolun ortasında yerləşdiyindən, buranın ziyarət üçün uyğunsuz olması ilə bağlı müxtəlif müraciətlər daxil olurdu.

Trend-in məlumatına görə, bununla əlaqədar görkəmli dövlət xadimi, şair və filosof Şah İsmayıl Xətainin heykəli ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülmüşdür. Bütün bunlar görkəmli, tarixi şəxsiyyətin heykəlinin yeni səviyyədə təqdim olunmasına imkan verəcəkdir.

Digər tərəfdən Xətai heykəlinin köçürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan verəcək ki, bu da bu ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaqdır.

Heykəlin köçürülməsi abidəyə heç bir xələl gətirilmədən müvafiq qurumların nəzarəti ilə peşəkar şirkət tərəfindən həyata keçirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti