...

İcazələrdən sui-istifadə halları var - Ülvi Mehdiyev

Gündəm Materials 3 İyul 2020 17:44 (UTC +04:00)
İcazələrdən sui-istifadə halları var - Ülvi Mehdiyev

Bakı. Elçin Mehdiyev – Trend:

Bəzən müəssisələr işçilərinə icazəni bütün ölkə üzrə alırlar. İşçilər də bundan istifadə edib başqa şəhərlərə gedirlər.

Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, icazə işçinin yaşadığı şəhər üzrə verilir.

O qeyd edib ki, icazə sistemində yeni ezamiyyə bölməsi əlavə edilib. Əgər işçinin digər şəhərə getməsinə zərurət yaranarsa, müəssisə həmin bölməyə daxil olub, ezamın müddəti, vaxtı və digər lazımi xanaları doldurmalıdır. Ezamiyyə icazəsi olduğu halda işçi digər şəhərə buraxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti