...

İsrailin Azərbaycandakı Səfiri Mingəçevirdəki elektrik stansiyalarında olub (FOTO)

Gündəm Materials 23 Oktyabr 2020 15:39 (UTC +04:00)
İsrailin Azərbaycandakı Səfiri Mingəçevirdəki elektrik stansiyalarında olub (FOTO)

Bakı. Trend:

Oktyabrın 23-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Corc Dik Mingəçevir şəhərinə humanitar səfər edərək Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-də olub.

Bu barədə “Azərenerji” ASC-dən Trend-ə bildirilib.

Qeyd edilib ki, oktyabr ayı ərzində dəfələrlə Mingəçevir şəhərinə, ələlxüsus enerji obyektlərinə erməni silahlı birləşmələri tərəfindən dəfələrlə ballestik raketlər atılıb. Həmin raketlərin əksəriyyəti Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib və 2 ədəd raket hissəsi oktyabrın 4-də və 11-də “Azərbaycan” İES-in ərazisinə düşüb.

Səfir Corc Dik əvvəlcə “Azərbaycan” İES-in ərazisində ucaldılan Ulu Öndər Heydər Əliyevin heykəlinin və Şəhidlər abidəsinin önünə gül dəstələri qoyub. Sonra səfir stansiyanın ərazisini gəzərək raket düşən yerlərlə tanış olub.

Səfər zamanı “Azərenerji” ASC-nin və stansiyaların mütəxəssisləri tərəfindən stansiyaların fəaliyyəti, aparılan yenidənqurma işləri və baş vermiş terror aktlarının təfsilatları barədə səfirə məlumat verilib.

Sonra səfir “Mingəçevir” Su Elektrik Stansiyasına gəlib və oradakı vəziyyətlə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti