...

Türkiyə Gənclər Fondunun nümayəndə heyəti Gəncdə erməni terroru olan əraziyə baş çəkdi (FOTO)

Gündəm Materials 3 Noyabr 2020 16:10 (UTC +04:00)
Türkiyə Gənclər Fondunun nümayəndə heyəti Gəncdə erməni terroru olan əraziyə baş çəkdi (FOTO)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Türkiyə Gənclər Fondunun (TÜGVA) nümayəndələri Gəncəyə səfər ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, qonaqlar Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dağılan və zərər görən ərazilərə baş çəkib, Erməni terrorunun ağır nəticələri ilə yerində tanış olublar.

Məlumat verilib ki, oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni məqsədli şəkildə raket atəşə tutub. Nəticədə 6-sı uşaq və yeniyetmə olmaqla, 26 dinc sakin həlak olub, 125 nəfər yaralanıb.

Hadisə yerində olan Türkiyə Gənclər Fondunun (TÜGVA) nümayəndələri erməni terroru qurbanlarının xatirəsini yad edib, dualar oxuyublar.

Qeyd edək ki, səfərin məqsəd, iki ölkənin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin, Ermənistan silahlı qüvvələrinin təxribat, terror əməllərinin qardaş ölkədən olan gənclərə çatdırılması və ortaq fikir mübadiləsinin aparılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti