...

Həyat yoldaşımın qisasının alınması məni həm qürurlandırır, həm də sakitləşdirir - Şəhid xanımı (VİDEO)

Gündəm Materials 12 Noyabr 2020 11:24 (UTC +04:00)
Həyat yoldaşımın qisasının alınması məni həm qürurlandırır, həm də sakitləşdirir - Şəhid xanımı (VİDEO)

Bakı. Samir Əli - Trend:

Sevinirəm ki, həyat yoldaşımın qanı yerdə qalmadı, biz qələbə qazandıq.

Trend-in məlumatına görə, bunu şəhid kapitan Ceyhun Həsənovun həyat yoldaşı Rəvanə Həsənova deyib.

O bildirib ki, həyat yoldaşının qisasının alınması onu qürurlandırır: "Bu həm də məni sakitləşdirir. Övladlarıma gələcəkdə həm atalarının, həm də Ordumuzun şücaətindən danışacağam. Mən fəxr edirəm ki, kapitan Ceyhun Həsənovun xanımı, o cümlədən gələcəyin iki əsgərinin anasıyam. Vətənimizə, torpağımıza və dövlətimizə həmişə xidmət etməyə hazırıq. Biz Ali Baş Komandanımızla, vətənimizlə, şəhidlərimizlə, Ceyhunla fəxr edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti