Bakı. Trend:
Yanvarın 4-dən etibarən Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 nəfərdən ibarət qrupu Ağdam rayonu ərazisində minalardan təmizləmə əməliyyatlarına başlayıb.
Bunu Trend-ə Rusiyanın "Lider" xüsusi riskli xilasetmə əməliyyatları mərkəzinin rəisi Anatoli Savvin deyib.
O bildirib ki, hazırda mina sahəsində işlər aparılır:
"Bu günədək mexaniki tral yolu ilə 25 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib və 2 min kvadrat metrdən çox ərazi təmizlənib. Ərazidə sıxılma prinsipi ilə işləyən piyada əyehinə minalar var".