...

Komissiyada səfərbərlikdən tərxis edilmiş şəxslərin növbəti müraciətlərinə baxılıb

Gündəm Materials 14 Yanvar 2021 10:51 (UTC +04:00)
Komissiyada səfərbərlikdən tərxis edilmiş şəxslərin növbəti müraciətlərinə baxılıb

Bakı. Trend:

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən üç gün ərzində 782 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 102 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti