...

Gəncədə tikinti zamanı qanunu pozan şəxs cərimələndi

Gündəm Materials 22 Fevral 2021 16:09 (UTC +04:00)
Gəncədə tikinti zamanı qanunu pozan şəxs cərimələndi

Bakı. Samir Əli - Trend:

Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti və Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tikinti-təmir işləri aparan və tikinti materiallarını yol kənarları və səkilərə tökən şəxslərə qarşı reyd keçirilib.

Gəncə şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, reydlər zamanı Gəncə şəhər sakini Qasımov Heydər Tofiq oğlunun şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməyərək, tikinti materiallarını yol kənarına tökdüyü məlum olub: "Bununla əlaqədar olaraq o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsi ilə cərimə edilib.

Məlumat üçün bildirək ki, bu qəbildən olan reydlər mütəmadi davam etdiriləcək.

Vətəndaşlardan tikinti-təmir işləri aparan zaman tikinti materiallarını səki və yol kənarına tökməmələri xahiş olunur".

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsinə uyğun olaraq şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma qaydalarını pozmağa və ya şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməməyə görə fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər isə 500 manatdan 800 manatadək məbləğdə cərimə edilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti