...

Ermənistan iqtisadiyyatı 8 faizə yaxın azalıb

Gündəm Materials 22 Fevral 2021 19:37 (UTC +04:00)
Ermənistan iqtisadiyyatı 8 faizə yaxın azalıb

Bakı. Orxan Nəbiyev - Trend:

2020-ci ildə Ermənistanın ümumi daxili məhsulu 2019-cu illə müqayisədə 7,6 faiz azalıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistan Milli Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, ötən il ölkə iqtisadiyyatı yalnız 1-ci rübdə 3,9 faiz artım nümayiş etdirib.

İkinci rübdə Ermənistan iqtisadiyyatı 13,7 faiz, üçüncü rübdə 9 faiz, dördüncü rübdə 8,8 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti