...

Ermənistanda etiraz aksiyalarında 25 nəfər saxlanılıb (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 23 Fevral 2021 12:17 (UTC +04:00)
Ermənistanda etiraz aksiyalarında 25 nəfər saxlanılıb (ƏLAVƏ OLUNUB)

Bakı. Orxan Nəbiyev - Trend:

Yerevanda baş nazir Nikol Paşinyan əleyhinə keçirilən kütləvi etiraz aksiyasında 25 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, hazırda aksiyalar hökumət binasının qarşısında və mərkəzi meydanda davam edir. Aksiya iştirakçıları "satqın Nikol" kimi şüralar səsləndirir.

xxx

11:35

Yerevanda hökumət binasının ətrafına, eləcə də mərkəzi Respublika meydanına çoxlu sayda xüsusi təyinatlı polis cəlb edilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, müxalifət növbəti mitinq keçirəcəyini elan edib.

"Daşnaksutyun" partiyasının təşəbbüsü ilə etirazçılar baş nazir Nikol Paşinyanın hökumət binasına daxil olmasına mane olacaqların bildirib.

Xatırladaq ki, fevralın 20-dən etibarən müxalifət N.Paşinyanın istefası tələbi ilə fasiləsiz aksiyalar elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti