...

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib (FOTO)

Gündəm Materials 12 Mart 2021 18:56 (UTC +04:00)
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib (FOTO)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Binəqədi rayonu, Gülməmməd Ramazanov 342 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı 6 sərv ağacının kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Təqsirkarların müəyyən olunması və qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Binəqədi rayon Polis Şöbəsinə göndərilib.

Kəsilmiş hər ağacın əvəzinə iki ağacın əkilməsi təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti