...

Məktəbli çantalarının ağırlığı ilə bağlı həll yolu artıq tapılıb - Nazir

Gündəm Materials 18 Mart 2021 16:43 (UTC +04:00)
Məktəbli çantalarının ağırlığı ilə bağlı həll yolu artıq tapılıb - Nazir

Bakı. İlhamə İsabalayeva – Trend:

Çantaların ağırlığı ilə bağlı bir həll yolu artıq tapılıb. Bu il ilk dəfə Təhsil Nazirliyi 1-ci siniflər üçün dərslikləri iki hissəli şəkildə çap etdi.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

E.Əmrullayev qeyd edib ki, birinci sinif dərslikləri iki yarımil üzrə ayrı-ayrılıqda çap olunur: “Növbəti ildə 2-ci, 3-cü sinifdən, ən azı ibtidai təhsildə bütün dərsliklərin hazırlanmasını bu modelə keçirməyi düşünürük. İnanırıq ki, bu, çantanın ağırlığını əsaslı şəkildə aşağı salacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti