...

Ötən gün axtarışda olan 35 nəfər saxlanılıb

Gündəm Materials 1 Aprel 2021 09:33 (UTC +04:00)
Ötən gün axtarışda olan 35 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi (DİN) martın 31-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 31 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Gün ərzində narkotiklə əlaqəli 21 fakt müəyyənləşdirilib, cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti