...

Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib (FOTO/VİDEO)

Gündəm Materials 14 Aprel 2021 10:58 (UTC +04:00)
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.

Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti