...

Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib (FOTO/VİDEO)

Gündəm Materials 20 Aprel 2021 18:42 (UTC +04:00)
Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

2021-ci ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin dəstəyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün seminar keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, seminarda BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşları şəxsi heyət qarşısında “BQXK-nın mandatı və fəaliyyəti, Beynəlxalq Humanitar Hüquqa giriş” mövzusunda çıxış edib və onları maraqlandıran sualları cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti