...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 10 May 2021 16:52 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 170 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 144 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1687567, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1005704, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 681863 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti