...

Prokurorluq Gəncə hava limanında saxta koronavirus testləri barədə araşdırmalara başladı

Gündəm Materials 19 May 2021 15:47 (UTC +04:00)
Prokurorluq Gəncə hava limanında saxta koronavirus testləri barədə araşdırmalara başladı

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluq Gəncə Hava Limanından xaricə səfər edərkən 96 sərnişində koronavirus testi ilə bağlı saxta arayışlar aşkarlanmasına münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır: "Bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt- Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oksigen” klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılıb. Bununla bağlı bildiririk ki, qeyd edilən faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti