...

Hava stabilləşən kimi partlayış olan adaya ekspedisiya qrupu göndəriləcək

Gündəm Materials 5 İyul 2021 12:28 (UTC +04:00)
Hava stabilləşən kimi partlayış olan adaya ekspedisiya qrupu göndəriləcək

Bakı. Çingiz Səfərli -Trend:

Dənizdə palçıq vulkanlarının olmamasına dair yayılan şayiələr həqiqəti əks etdirmir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.

Onun sözlərinə görə, Xəzərdə və ölkənin digər yerlərində palçıq vulkanlarının olmasına dair xəritə var və xəritədə bu vulkanlar əks olunub.

"Qeyd edim ki, 1971-ci ildə hazırlanıb. Dünyada vulkanlarla bağlı ilk geoloji atlasdır. Hava stabilləşən kimi adaya ESTN, FHN, AMEA və SOCAR birgə ekspedisiya qrupu göndəriləcək, ətraf mühitə dəymiş zərər qiymətləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti