...

İsmayıllıda toyda dava: Bəy və qardaşı bıçaqlandı, atası ürək tutmasından vəfat etdi

Gündəm Materials 19 İyul 2021 11:24 (UTC +04:00)
İsmayıllıda toyda dava: Bəy və qardaşı bıçaqlandı, atası ürək tutmasından vəfat etdi

Bakı. Çingiz Səfərli - Trend:

İsmayıllıda şadlıq saraylarının birində keçirilən toy mərasimində mübahisə düşüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib.

Onun sözlərinə görə, mübahisə zəminində bəy Abuzər Tahirli və onun qardaşı İlkin Tahirli bıçaqlanıb:

"Hadisəni törədən şəxsin İsmayıl şəhər sakini Hafiz Ağazadə olduğu müəyyən olunub. Onun saxlanılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır. Bəyin atası Nəriman Səfərəliyev isə hadisədən sonra ürək tutmasından vəfat edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti