...

Siyəzəndə qaydaları pozan şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olunub

Gündəm Materials 31 İyul 2021 12:17 (UTC +04:00)
Siyəzəndə qaydaları pozan şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olunub

Bakı. Çingiz Səfərli - Trend:

Siyəzən rayonunda fəaliyyət göstərən, fiziki şəxs Mirzəyev Şahin Seyidağa oğluna məxsus “Siyəzən” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi və bir masa arxasında 8 nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti