...

“E-pul” onlayn xidmətlər portalında Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı yaradılıb

Gündəm Materials 2 Sentyabr 2021 14:59 (UTC +04:00)
“E-pul” onlayn xidmətlər portalında Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı yaradılıb

Bakı. Trend:

Qarabağ Dirçəliş Fonduna ianə etmək istəyənlər artıq “E-Pul” onlayn xidmətlər portalı vasitəsilə də bu əməliyyatı asanlıqla həyata keçirə biləcək.

İanələri “E-Pul” onlayn ödəmə sisteminin həm veb saytı, həm də mobil tətbiqi üzərindənn həyata keçirmək mümkündür:

Nəzərinizə çatdıraq ki, ianə edən zaman istifadəçidən ödəniş üçün heç bir əlavə komissiya haqqı tutulmur.

Hər bir soydaşımız Qarabağ Dirçəliş Fonduna ianə etməklə bu mühüm missiyanın iştirakçısına çevrilə bilər.

Qeyd edək ki, ianə prosesini daha da asanlaşdırmaq və əlçatan etmək üçün proses davam etdirilir və yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Qarabağ Dirçəliş Fonduna digər ödəmə vasitələri ilə ianə etmək imkanları barədə ətraflı məlumat: https://qdf.gov.az/iane-et/

#QarabağÜçünİanəEdək!

#QarabağıDahaGözəlBərpaEdək!

#QarabağıDirçəlişFondu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti