...

Tokioda Paralimpiya Oyunlarında dörd yeni koronavirusa yoluxma halı qeydə alınıb

Gündəm Materials 5 Sentyabr 2021 07:28 (UTC +04:00)
Tokioda Paralimpiya Oyunlarında dörd yeni koronavirusa yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Son 24 saat ərzində Tokio Paralimpiya Oyunlarında dörd nəfərdə koronavirus aşkarlanlb.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə Tokio 2020 Təşkilat Komitəsinin hesabatında deyilir.

İdmançılar arasında heç bir yoluxma hadisəsi müəyyən edilməyib. Bildirilir ki, Oyunlarla əlaqəli iki podratçı, bir media nümayəndəsi və bir turnirlə bağlı işçi yoluxub.

Xatırladaq ki, Tokioda keçiriləcək Paralimpiya Oyunları sentyabrın 5-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti