...

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

Gündəm Materials 15 Sentyabr 2021 12:55 (UTC +04:00)
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

Bakı. Trend:

Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi əsəcək.

Abşeron yarımadasında gecə 20-23° isti, gündüz 27-29° isti olacaq.

Bakıda 20-22° isti, gündüz 27-29° isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.

Sentyabrın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti