...

ABŞ-ın 5 ştatında Anım Günü ilə əlaqədar aksiya keçirilib (FOTO)

Gündəm Materials 28 Sentyabr 2021 16:44 (UTC +04:00)
ABŞ-ın 5 ştatında Anım Günü ilə əlaqədar aksiya keçirilib (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvü, Yuta–Azərbaycan Dostluq Təşkilatının nümayəndəsi Kamran Qarayevin təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü ilə əlaqədar ABŞ-ın 5 ştatında məlumat xarakterli aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, LED ekranlı avtomobillər Vaşinqton, Manhettan (Nyu York ştatı), Los-Anceles, (Kaliforniya ştatı), Boston (Massaçusets ştatı) və Filadelfiya şəhərlərində (Pensilvaniya ştatı) hərəkət edib. Ekranda Qarabağda erməni vəhşiliyi nəticəsində dağıdılmış abidələr, Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışovla Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAC) müxbiri Məhərrəm İbrahimov barədə məlumatlar və “Şəhidlər ölməz!”, “Şəhidlər heç vaxt unudulmur!”, “Anım Günü!”, “Biz 27 sentyabr Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq!”, "Azərbaycana ədalət!", “Ermənilərin mədəni irsə qarşı terroru. Qarabağ xanının sarayı”, "Qarabağ Azərbaycandır!", “Vətən var olsun!”, “Biz sülh istəyirik!” və sair şüarlar əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti