...

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib (FOTO)

Gündəm Materials 6 Dekabr 2021 18:00 (UTC +04:00)
Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib (FOTO)

Bakı. Trend:

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən yarışda batareyaların şəxsi heyətinin tam təchizatı, fərdi və qrup halında normativləri yerinə yetirmə bacarıqları yoxlanılıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yarışda tank təhlükəli istiqamətdə açılma hədlərinin tutulması, şərti düşmənin hərəkətli və hərəkətsiz hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Ümumi nəticələrə əsasən tank əleyhinə idarəolunan raketlər batareyası birinci olub.
Qalib batareyanın şəxsi heyəti Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən həvəsləndirilərək mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti