...

Azərbaycanda xaricdən gələn informasiyanın yayılması qaydası müəyyən edilir

Gündəm Materials 10 Dekabr 2021 11:32 (UTC +04:00)
Azərbaycanda xaricdən gələn informasiyanın yayılması qaydası müəyyən edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda xarici mənbələrdən alınan informasiyanın yayılması qaydası müəyyən edilir

Trend-in məlumatına görə, bu barədə məsələ “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsində qeyd edilir ki, Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasının hüquqi şəxslərinin xarici mənbələrdən, o cümlədən xarici media subyektlərindən birbaşa məlumat əldə etmək hüququ vardır.

Azərbaycan Respublikasında yerüstü yayım üçün nəzərdə tutulmuş radiotezliklərdən istifadə olunmaqla xarici televiziya və radio proqramlarının yayımlanmasına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir.

Redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici çap mediası məhsulunun Azərbaycan Respublikasının ərazisində yayılmasına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir.

Bu müqavilələrdə xarici çap mediası məhsulunun yayılması qaydası nəzərdə tutulmadıqda bu məsələlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti