...

Ədliyyə polkovniki vəzifəsindən azad edildi

Gündəm Materials 11 Dekabr 2021 14:20 (UTC +04:00)
Ədliyyə polkovniki vəzifəsindən azad edildi

Bakı. Samir Əli - Trend:

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə icra şöbəsinin rəisi işdən çıxarılıb.

Trend-in məlumatına görə, ədliyyə polkovniki, baş ədliyyə müşaviri Məmmədov Mübariz Budaq oğlu tutduğu vəzifədən azad edilib.

O, Yasamal Rayon Məhkəməsinin icra şöbəsinə böyük icra məmuru təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti