...

FHN xüsusi motosikletlər alıb

Gündəm Materials 16 Dekabr 2021 10:34 (UTC +04:00)
FHN xüsusi motosikletlər alıb

Bakı. Samir Əli - Trend:

Ölkədə baş verən hadisələr zamanı əraziyə operativ çatmaq üçün Fövqəladə Hallar Nazirliyi xüsusi motosikletlər alıb.

Trend-in məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

O bildirib ki, həmin motosikletlər xüsusi vasitələrlə də təchiz edilib: "Magistral yollarda tıxaclar çoxdur. Ona görə də hadisə yerinə tez çatmaq üçün motosikletlər almışıq. Texniki və təbii fəlakətlərdən heç kim sığortalanmayıb. Biz çalışırıq ki, işimizi, peşəkarlığımızı daha da artıraq. Bu məsələ bizim qarşımızda duran məsələlərdən biridir", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti