...

Saxlanılan iki azərbaycanlı hərbçimiz bu gün geri qaytarılıb - Əhməd Şahidov

Gündəm Materials 20 Dekabr 2021 21:54 (UTC +04:00)
Saxlanılan iki azərbaycanlı hərbçimiz bu gün geri qaytarılıb - Əhməd Şahidov

Bakı. Samir Əli - Trend:

Dekabrın 18-də azaraq ermənilər tərəfə keçən iki azərbaycanlı hərbçi geri qaytarılıb.

Bu barədə Trend-ə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.

O bildirib ki, saxlanılan iki azərbaycanlı bu gün Azərbaycan tərəfə təhvil verilib.

Qeyd edək ki, dekabrın 19-da isə Azərbaycanda saxlanılan 10 erməni hərbçisi Ermənistan tərəfə təhvil verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti