...

Erməni əsilli mülki şəxs Ermənistan tərəfinə təhvil verilib

Gündəm Materials 29 Dekabr 2021 16:41 (UTC +04:00)
Erməni əsilli mülki şəxs Ermənistan tərəfinə təhvil verilib

Bakı. Trend:

Erməni əsilli mülki şəxs Ermənistan tərəfinə təhvil verilib.

Trend Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən xəbər verir ki, bu gün 1 nəfər erməni əsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub. Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib.

Qeyd edək ki, cari ilin 26 noyabr tarixində də daha bir erməni əsilli mülki şəxs qarşı tərəfə qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti