...

Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Gündəm Materials 31 Dekabr 2021 10:26 (UTC +04:00)
Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Bakı. Trend:

Sabirabad rayon sakini Xanlar Zeynalova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti