...

Ağdamda ekskovator minaya düşüb

Gündəm Materials 31 Dekabr 2021 15:28 (UTC +04:00)
Ağdamda ekskovator minaya düşüb

Bakı. Trend:

29 dekabr 2021-ci il tarixdə Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator ilə sürücü 1978-ci il təvəllüdlü Vurğun Məmmədovun tank əleyhinə minaya düşməsi nəticəsində ekskovatora ziyan dəymiş, sürücü hər hansı xəsarət almamışdır.

Ağdam Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti