...

Mexaniki və smart tipli sayğaclar qaz sərfiyyatını fərqli hesablayır? - AÇIQLAMA

Gündəm Materials 7 Yanvar 2022 13:51 (UTC +04:00)
Mexaniki və smart tipli sayğaclar qaz sərfiyyatını fərqli hesablayır? - AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

Mexaniki qaz sayğaclarının smart tipli sayğaclardan daha çox sərfiyyat yazması ilə bağlı iddialara aydınlıq gətirilib.

Trend-in məlumatına görə, Bakı regional qazın satışı departamentinin rəisi Zamin Mehrəliyev "Açıq qapı" aksiyasında bildirib ki, sayğacların quraşdırılması standartlara uyğun şəkildə həyata keçirilir.

"Tipi təsdiq edilməmiş sayğacların quraşdırılması qəti yolverilməzdir və bizdə belələri yoxdur. Dövlət sifarişi ilə alınan sayğacların hər biri qanuna uyğun olaraq standartlardan keçirilir və istehlakçılar üçün quraşdırılır. Bəzi abonentlər əvvəl iddia edir ki, sayğacım çox yazır və əvvəlki sayğacın göstəricisindən fərqlidir. Həmin abonentin hesabına baxılır. İlkin növbədə abonentə əvvəlki və indi istifadə etdiyi sayğacın göstəriciləri ilə bağlı izah verilir. Orada heç bir fərq yoxdur. Bu gün Bakı üzrə 30 faizə yaxın abonent mexaniki sayğacdan istifadə edir. Analiz aparılarkən heç bir qanunauyğunsuzluq görməmişik. Bütün hallarda rəqəmlərə, sərfiyyata baxılaraq qiymət verilir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti