...

Tağıyevin heykəlini zədələyənlər barədə məhkəmə qərar verdi

Gündəm 21 Yanvar 2022 16:52 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinin zədələməkdə təqsirləndirilən 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli polis nəzarətinə verilib.

Trend-in məlumatına görə, təqsirləndirilən şəxslər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hər iki şəxs sərbəst buraxılıb və polisinin nəzarətinə verilib.

Qeyd edək ki, yanvarın 18-də Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinin gecə saatlarında zədələnib.

Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.
Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.
Heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti