...

Kəlbəcər istiqamətində yolu azan hərbi qulluqçumuzun axtarışı davam edir (VİDEO)

Gündəm Materials 31 Yanvar 2022 11:41 (UTC +04:00)
Kəlbəcər istiqamətində yolu azan hərbi qulluqçumuzun axtarışı davam edir (VİDEO)

Bakı. Fərid Zöhrabov -Trend:

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçimiz isə artıq helikopterlə təxliyə edilərək Bakı şəhərində yerləşən hərbi hospitala yerləşdirilib. Hərbi qulluqçularımızın müalicəsi ixtisaslaşdırılmış həkimlərin nəzarəti altında davam edir və onların səhhətində həyati təhlükə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti