...

Müdafiə Nazirliyinin sabiq idarə rəisi həbs edilib

Gündəm Materials 23 Fevral 2022 19:13 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti