...

Hadisə binanın söküntüsünü aparan podratçı şirkətin ehtiyatsızlığından baş verib - "City Garden"nin direktoru (VİDEO)

Gündəm Materials 24 Fevral 2022 16:19 (UTC +04:00)
Hadisə binanın söküntüsünü aparan podratçı şirkətin ehtiyatsızlığından baş verib - "City Garden"nin direktoru (VİDEO)

Bakı. Samir Əli - Trend:

Kütləvi İnformasiya vasitələrində yaşayış binasında uçqun olması barədə yayılan məlumat əsassızdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "City Garden" şirkətinin direktoru İbrahim Dostu Əliyev deyib.

O bildirib ki, bina iki mərtəbəli qeyri-yaşayış sahəsidir və bina layihə dəyişikliyi zamanı uçurulub.

"Bina texniki təyinatlıdır. Binanın layihəsində köklü dəyişiklik olduğu üçün beton qəlblərin söküntüsünə başlanıb.

Binanın söküntüsünü aparan podratçı şirkətin ehtiyatsızlığından hadisə baş verib. Hadisə nəticəsində cəmi bir nəfər xəsarət alıb. Söküntü işlərində cəmi 6 nəfər işləyib, onlardan biri yüngül xəsarət alıb", - deyə direktor bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti