...

“Veysəloğlu” MMC-yə qarşı qaldırılmış işə xitam verilib

Gündəm Materials 5 Mart 2022 11:20 (UTC +04:00)
“Veysəloğlu” MMC-yə qarşı qaldırılmış işə xitam verilib

Bakı. Trend:

Məlumat verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Veysəloğlu” MMC-yə qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə iş qaldırılmışdı.

Dövlət Xidmətindən Trend-ə bildirilib ki, işəbaxma zamanı MMC tələb olunan sənəd və məlumatları tam həcmdə təqdim edərək gecikmənin səbəbini şirkətdə yaranan texniki problemlərlə əlaqələndirib. “Veysəloğlu” MMC bu cür halların təkrarlanmayacağına dair öhdəlik götürüb və qaldırılmış işə xitam verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti