...

Bakıda çörək sexində işçinin ölümündə təqsirləndirilən qadının işi məhkəməyə göndərildi

Gündəm Materials 16 Mart 2022 15:54 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvarın 7-də paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən çörək zavodunda işçi Mətanət Həsənovanın ölməsi faktı ilə bağlı Nərimanov rayon prokurorluğunda istintaq aparılıb.

Nərimanov rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, istintaqla həmin zavodun işçisi Jalə Nurəliyevanın təmizlik işləri görərkən əmək nizam-intizamı qaydaların tələblərini pozaraq xəmir qarışdıran qurğunun ehtiyatsızlıqdan işə salması səbəbindən həmin qurğunun alt hissəsini təmizləyən Mətanət Həsənovanın xəsarət alması və aldığı xəsarətlərdən hadisə yerində ölməsi müəyyən edilib.

Jalə Nurəliyeva Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti