...

Fərrux kəndində daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb (FOTO/VİDEO)

Gündəm Materials 30 Mart 2022 15:36 (UTC +04:00)
Fərrux kəndində daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xocalı rayonunun Fərrux kəndində daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb.

Trend xəbər verir ki, kənd ətrafında ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş azərbaycanlıların skeletləri aşkar edilib.

Qeyd edək ki, dünən də Xocalı rayonunun Fərrux kəndində insan skeletləri aşkarlanmışdı.

Belə ki, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edib. İnsan qalıqlarının Birinci Qarabağ müharibəsində Fərrux dağı uğrunda gedən hərbi əməliyyatlarda həlak olan hərbiçilərimizə və Xocalı soyqırımı zamanı bu yolla çıxmaq istəyən azərbaycanlılara aid olduğu ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti