...

Bakıda partlayışla bağlı axtarış-xilasetmə əməliyyatı başa çatıb - FHN

Gündəm Materials 3 Aprel 2022 07:36 (UTC +04:00)
Bakıda partlayışla bağlı axtarış-xilasetmə əməliyyatı başa çatıb - FHN

Bakı. Trend:

Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Trend FHN-nə istinadən xəbər verir ki, hadisə yerində həyata keçirilən kəşfiyyat tədbirləri nəticəsində dağıntılar altında aşkar olunmuş 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatına FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş axtarış itləri də cəlb olunub.

Ümumilikdə, ilkin məlumata əsasən, partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər xəsarət alıb.

Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti