...

İri şəhər bələdiyyələri necə yaradıla bilər? - Komitə sədrindən açıqlama

Gündəm Materials 6 Aprel 2022 14:37 (UTC +04:00)
İri şəhər bələdiyyələri necə yaradıla bilər? - Komitə sədrindən açıqlama
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda böyük bələdiyyələrin yaradılması düşündürücü məsələdir. Biz buna doğru gedirik. Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Azərbaycanda bələdiyyələr yaranandan sonra iki dəfə islahatlar keçirilib.

“Həmin islahatlar zamanı mindən çox bələdiyyə birləşdirilib və ləğv edilib. Zaman göstərir ki, kiçik bələdiyyələr vətəndaşların tələblərini yerinə yetirə bilmirlər, çünki bu bələdiyyələrin əmlakı yoxdur, onların fəaliyyəti üçün imkanlar məhduddur. Digər tərəfdən vətəndaşların kiçik bələdiyyələrə münasibəti zəifdir. Ona görə də kiçik bələdiyyələrin ləğv edilib birləşdirilməsi prosesi getdi.

Hesab edirəm ki, hazırda da ölkədə bələdiyyələrin sayı çoxdur. Bizimlə əhalisi və ərazisi təxminən eyni olan ölkələrdə bələdiyyələrin sayı 200-500 arasındadır. Bu gün Azərbaycanda bələdiyyələrin sayının azaldılmasına, onların təşkilatçılığının artırılmasına böyük imkanlar var. Bu da iri şəhər bələdiyyələrinin yaranmasına zəmin hazırlayır. Əgər kiçik bələdiyyələr vətəndaşların tələbatlarına cavab vermirlərsə, onlar birləşdirilməlidir və bu birləşmə də iri şəhər bələdiyyələrinin yaranmasına doğru gedir”, - deyə T.Rzayev əlavə edib.

O bildirib ki, iri şəhər bələdiyyələrinin yaradılması müəyyən zaman tələb edir. “Bu gün biz Bakı bələdiyyələrini birləşdirib böyük Bakı şəhər bələdiyyəsi yaratsaq, uğur qazana bilmərik. Çünki idarəetmədə çox ciddi problemlər ola bilər. İri bələdiyyənin maddi texniki bazası, maliyyə vəsaiti, güclü kadrlar olmalıdır. Bu baxımdan iri şəhər bələdiyyələrinin yaradılması üçün zaman lazımdır”, - deyə T.Rzayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti