...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 16 Aprel 2022 16:48 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 7 085 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 535, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 560, üç və daha çox doza vaksin vurduranların sayı 5 538, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 452 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 589 438, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 334 034, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 836 019, üç və daha çox doza vaksin vurduranların sayı 3 183 237, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 236 148 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti