...

Ukraynada 2,5 milyondan çox insan BMT-nin humanitar yardımını alıb - Baş katib

Gündəm Materials 21 Aprel 2022 08:24 (UTC +04:00)
Ukraynada 2,5 milyondan çox insan BMT-nin humanitar yardımını alıb - Baş katib

Bakı. Trend:

BMT Ukraynada 2,5 milyondan çox insana humanitar yardım çatdırıb.

Trend xəbər verir ki, bu barədə təşkilatın baş katibi Antonio Quterreş öz "Twitter" hesabında bildirib.

"Tərəfdaşlarımızla birlikdə 2,5 milyondan çox insana həyati vacib yardım çatdırdıq", - baş katib qeyd edib.

Onun sözlərinə görə, hazırda Ukraynada humanitar yardımın göstərilməsi ilə məşğul olan BMT-nin 1300-dən çox əməkdaşı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti